NEWS
2740 Archive

2019.01.25

Zoologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib

23 yanvar 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən cari ilin qəbul imtahanı keçirilib. Qeyd edək ki, AMEA Zoologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya bu il Zoologiya ixtisasına 1 yer ayrılıb və 3 nəfər sənəd təqdim edib. Sənəd təqdim edənlərdən biri imtina edib, digər iki nəfər isə imtahanda iştirak edib. Namizədlərdən biri əla, digəri isə kafi qiymətlə qiymətləndiriliblər. İmtahan komissiyası namizədlərin imtahan nəticələrini təsdiq edib və protokolu Elm və Təhsil İdarəsinə təhvil verib.