NEWS
3377 Archive

2018.04.05

Bakı Dövlət Universitetinin tələbələri Hidrobiologiya laboratoriyasında istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri 28 fevral 2018-ci il tarixdən İnstitutun Hidrobiologiya laboratoriyasında istehsalat təcrübəsində iştirak edirlər. Laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev onlara laboratoriyanın ümumi elmi istiqamətindən, su hövzələrinin tiplərindən, suda həyat amillərindən, iqtisadi əhəmiyyətli hidrobiontlardan (çay xərçəngləri, krevetlər, molyuskalar, balıqlar) və onlardan alınan məhsullardan barədə qısa məlumatlar  verdi. Məşğələlər 4-5 tələbələrdən ibarət qruplarda davam etdirilir. Məşğələləri laboratoriyanın aparıcı elmi işçiləri, dosent Mircəfər Seyidrzayev Mingəçevir su anbarının ixtiofaunası, vətəgə əhəmiyyətli balıqları, onların ov dinamikaları, proqnozu, dosent Namiq Mustafayev Azərbaycanın  şirinsu balıqları, onların növ tərkibi, endemik və invaziv növlər, qırmızı kitab növləri, balıqların su hövzələri üzrə yayılması, miqdarı, vətəgə balıqları, ov dinamikaları, balıq ovunun tənzimlənməsi qaydaları, dosent Süleyman Süleymanov Xəzər dənizi balıqlarının növ tərkibi, yayılması, ovlanma üsulları, ov dinamikası, Xəzərin qiymətli balıqları, balıq məhsulları, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Nuriyyə Şamionova Xəzərin bioloji örtük faunası-növ tərkibi, yayılması, xarakterik növləri, bioloji örtük faunasının ekosistemdə rolu, əhəmiyyəti, dosent Ənvər Cəlilov Xəzərin zooplanktonu, növ tərkibi, xarakterik növlər, zooplanktonun ekosistemdə rolu, dosent Saleh Əliyev Şirinsu ekosisteminin  bentik orqanizmləri, növ tərkibi, yayılması, miqdarı, əhəmiyyəti, indiqator növlər mövzusunda apardılar.

Məşğələlərdə bakalavrlara mütəxəssislər tərəfindən orqanizmlərin hərəkət orqanları, tənəffüsü, qidalanması, balıqların yaşının təyin edilməsi və s. haqqında ətraflı məlumatlar verildi və balıq fərdləri üzərində elmi-praktiki işlərin yerinə yetirilməsi prosesləri izah edildi. Çöl tədqiqatları işlərində balıqlara, zooplanktona, zoobentosa və bioloji örtük təbəqəsinə aid materialların toplanması işi də əyani olaraq onlara nümayiş etdirildi.

Hər məşğələnin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı və onlarla fikir mübadiləsi aparıldı.