NEWS
3267 Archive

2017.12.06

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 2017-ci ilin yekunlarına və 2018-ci ilin təşkilati göstərişlərinə həsr olunan seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin və MM qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Seminarda şöbənin rəisi Eldar Quliyev çıxış edərək hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, eləcə də AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamları ilə həyata keçirilən tədbirlərin, təşkil edilən seminar və məşğələlərin əhəmiyyətindən söz açıb, MM qərargah rəisləri ilə maarifləndirmə xarakterli görüşlərin mütəmadi olaraq təşkil edildiyini bildirib.

E.Quliyev 2017-ci ilin aprel-sentyabr aylarında şöbə tərəfindən seminar-məşğələlərin təşkil olunduğunu və  müxtəlif elmi istiqamətlərdə alimlərin məruzələrinin dinlənildiyini xatırladıb. Qeyd edib ki, mülki müdafiə qərargah rəisləri ilə birgə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən tibb üzrə sanitar qruplarla görüşlər təşkil olunub, zəlzələ və digər təbii fəlakətlər zamanı, həmçinin yanğın və ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq məqsədilə profilaktik tədbirlər görmək üçün rəhbər heyətin MM məşqi, xəbərdarlıq və toplanış məşqləri keçirilib.

Natiq cari ildə Mərkəzi Elmi Kitabxanada Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə yanğın təhlükəsizliyinə dair, həmçinin "Fövqəladə hallar zamanı zərərçəkənlərə ilkin tibbi yardım və psixoloji dəstək" mövzusunda tədbirlərin keçirildiyini vurğulayıb.

O, 2018-ci il üçün hazırlanmış mülki müdafiə tədbirlər planına uyğun olaraq İkinci Xüsusi şöbə tərəfindən AMEA-nın institut və təşkilatlarının MM qərargah rəislərinin iştirakı ilə müxtəlif seminar-məşğələlərin keçiriləcəyini bildirib. Şöbə rəisi seminarların Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel Fərmanı ilə təsdiq edilmiş "Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MM qoşunlarının komandanlığının tövsiyələri əsasında təşkil olunacağını deyib.

E.Quliyev 2017-ci ildə MM-in təşkili və yaradılması, MM tədbirlərinin yerinə yetirilməsi və icraya nəzarət məqsədilə bir sıra institutlarda yoxlamaların aparıldığını, qeydə alınan çatışmazlıqların yerindəcə aradan qaldırıldığını diqqətə çatdırıb. O, MM üzrə tədris məsələlərinin keyfiyyətinin yaxşılaşdırılmasına dair növbəti dəfə qərargah rəislərinə müvafiq tapşırıqlarını verib.

Şöbə rəisi 2018-ci ilin Tədbirlər Planının hazırlandığını və yaxın günlərdə təsdiqlənərək AMEA-nın elmi müəssisə və təşkilatlarına göndəriləcəyini söyləyib. Bundan əlavə, qərargah rəislərinə əməkdaşların və obyektlərin mühafizəsi üçün günün tələblərinə uyğun MM tədbirlər planının hazırlanması barədə tapşırıq verilib.

E.Quliyev, həmçinin müəssisələrdəki fərdi mühafizə vasitələrinin yeniləri ilə əvəz olunmasının önəminə də toxunub və bu barədə Akademiya rəhbərliyinə müraciət edildiyini söyləyib. O, eyni zamanda köhnəlmiş avadanlıqların mühafizəsinə diqqəti artırmaq və FHN-in laboratoriyalarında yoxlanışdan keçirmək barədə tapşırıqlar verib.

Daha sonra 2017-ci ilin noyabr ayında MikrobiologiyaKataliz və Qeyri-üzvi KimyaGenetik EhtiyatlarFiziologiya və Memarlıq və İncəsənət institutlarında keçirilən Rəhbər Heyətin Mülki Müdafiə məşqləri haqqında məruzələr dinlənilib.

Seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2018-ci il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən tərtib ediləcək mülki müdafiə tədbirlər planının, 2017-ci ilin yekun hesabatının, mülki müdafiənin təşkili, yaradılması və MM hazırlığı üçün sənədlərin hazırlanmasına dair tövsiyələr verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

http://science.gov.az/news/open/6945