13980

Hirudoterapiya

Hirudoterapiya-qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla istifadə olunur.

Zəlinin kompleks müalicə effekti vardır. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri (ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə etmək mümkündür. Hirudoterapiya insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin də (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi "vasitədir". Hirudoterapiya kosmetologiyada da istifadə olunur.  Zəlinin sekreti (şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.

                     Zəli qan sorarkən

 

Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı  1və ya bir neçə zəli istifadə oluna bilər.  Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sora bilər. Doyunca sorduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür.

 

 

                 Zəli bədən nahiyəsinə qoyularkən və götürülərkən

 

Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Seans zamanı zəli müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret (şirə) ifraz edirki, bu sekret insanın qanına düşür və insan  orqanizminin bütün orqan və sistemlərinə çox müsbət  təsir edir. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesini  aradan götürür və yüksək təzyiqi aşağı salır. Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri islatmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalarinsanınsəhhətiüçünheçbirtəhlükəyaratmırvə 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz.

Hirudoterapiya, əsasən, 3 təsir göstərir: mexaniki, bioloji və refleksogen.

Mexaniki təsir-dəridə qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.

Bioloji təsir-zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. O,kifayət qədər mürəkkəb tərkibə(200-ə yaxın fermentlər) malikdir.

Reflektor təsir-refleksoterapiya ilə, demək olar ki, eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələri qoymağı daha məqsədəuyğun hesab edirlər.

Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyim qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.

 

Müəllif:Tətbiqi Zoologiya Mərkəzinin baş laborantı-İsmayıl Mikayılzadə