Quru onurğalıları laboratoriyası

Respublikamızda quru onurğalıları zoologiyası sahəsində sistemli tədqiqatlara 1932-ci ildə zoologiya bölməsinin yaradılması ilə başlanmışdır. İnstitutunun ən qədim laboratoriyalarından olan Teriologiya və Herpetologiya laboratoriyası 1971-ci ilə qədər Quru onurğalıları zoologiyası laboratoriyası adlanırdı. 1971-ci ildə Quru onurğalıları zoologiyası laboratoriyası əsasında Teriologiya, Herpetologiya, Ornitologiya laboratoriyaları və Zooloji muzey yaradılır. 1993-cü ildən isə laboratoriyaya biologiya üzrə elmlər doktoru Q.N.Quliyev rəhbərlik edir.
Ornitologiya laboratoriyası 1971-ci ildə Quru onurğalıları şöbəsinin tərkibində yaradılıb. 
Herpetologiya laboratoriyası 1985-ci ildə Teriologiya laboratoriyasından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlamışdır. 
AMEA-nın rəyasət heyətinin 15.02.2017-ci il tarixli №2/11 tarixli qəararı əsasında Teriologiya, ornitologiya və herpetologiya laboratoriyalar birləşdirilir. Hal-hazırda teriologiya, ornitologiya və herpetologiya laboratoriyaları Quru onurğalıları laboratoriyası adı altında birləşdirilmişdir.

Azərbaycanın herpetofaunası, ornitofaunası, teriofaunasının nadir, təhlükədə olan, eləcə də təsərrüfat əhəmiyyətinə malik çoxsaylı növlərinin yayılmasının, bioloji (morfoloji, sitogenetik, molekulyar-genetik, etoloji və s.) və ekoloji xüsusiyyətinin, say dinamikasının, yayılmasının, bu növlərə təsir edən amillərin tədqiqi;

Nəsli kəsilməkdə və nadir saya malik növlərin tarixi areallarda bərpası, səmərəli mühafizəsi yollalarının müəyyənləşdirilməsi.

Respublikanın cənub-qərb ərazilərində məməli heyvanların 61 növü qeydə alınmış, onların müxtəlif yaşayış yerlərində sayları, çoxsaylı növlərin ekoloji xarakteri, paylanması öyrənilmiş və antropogen amillərin təsiri altında teriofaunanın gələcəkdə dəyişmələri haqqında proqnozlar verilmişdir. Məməliləri 1942-ci ildən başlayaraq hal-hazıra qədər növ dəyişkənliyinin dinamikası müəyyən edilmiş, onların arealları dəqiqləşdirilmiş, faunamızdan çıxarılmış bəzilərin adları dəyişdirilmiş, yeni növlər əlavə olunmuşdur. Beləliklə hal-hazırda faunamızda 115 məməli növün yayıldığı müəyyən olunmuşdur. Sitogenetik tədqiqatların nəticəsi olaraq faunaya Hirkan köstəbəyi -Talpa talyschensis Vereschagin, 1945 növü daxil edilmiş, uzunquyruq ağdiş - Crocidura gueldenstaedti Pallas,1811 və ağqarın ağdiş-Crocidura leucodon Hermann,1780 növlərinin simpatrik yayılması təsdiq olunmuşdur. 3 fəsiləyə, 7 cinsə daxil olan 14 növ həşəratyeyən aşkar olunmuşdur. Müasir faunamızdada yarasaların 4 fəsiləsi, 18 cinsinə daxil edilən 34 növün olduğu müəyyən edilmişdir. Sitogenetik metodların tətbiqi nəticəsində gəmiricilər dəstəsinin ayrı-ayrı qruplarında (Murinae, Gerbilinae, Microtinae və digərlərində) növəmələgəlmə proseslərində xromosom mutasiyalarının rolu öyrənilmiş və onun əsasında kladoqramma tərtib edilmişdir. Kompleks metodlardan, o cümlədən xromosomların differensial rənglənməsi metodlarından (C-, G- və AgNOR) istifadə olunaraq, hal-hazırda Azərbaycanda 7 fəsiləyə daxil olan 19 cinsin 37 gəmirici növünün mövcudluğu müəyyənləşdirilmişdir. Azərbaycanda 8 növ vəhşi cütdırnaqlı heyvanın bioloji və ekoloji xüsusiyyətləri tədqiq edilərək 3 qanunauyğunluq aşkar etmişdir. H.Əliyev Fondu və Ümumdünya Təbiəti Mühafizə Fondunun iştirakı ilə ceyranların reintroduksiyasına aid tədbirlər həyata keçirilmişdir. Şirvan Milli Parkından tutulmuş ceyranların 200 fərdi tarixi ərazilərinə köçürülmüşdür. Lənkəran təbii vilayətində 65 növ quşun, Xəzərin Azərbaycan sahillərində isə 76 növ quşun müasir vəziyyəti müəyyən edilmiş və onların qorunması üçün elmi əsaslar hazırlanmışdır. Məzar qartalının bioekoloji, etoloji xüsusiyyətləri, limit amilləri öyrənilmiş və səmərəli mühafizəsinin elmi əsasları hazırlanmış, Saqqallı quzugötürən, leşcil ağqartal, ağbaş və keçəl qara kərkəslərin bioloji, etoloji xüsusiyyətləri, limit faktorları öyrənilmiş, təbiətdə davamlı surətdə inkişafları üçün süni yemləmə metodikası hazırlanmışdır. Levantin gürzəsinin (Macrovipera lebetina obtusa Dw.,1832) Azərbaycanda yayılmasına dair yeni məlumatlar əldə edilmiş, növün termobioloji və reproduktiv xüsusiyyətləri, populyasiyalarının yaş strukturuna antropogen amillərin təsiri öyrənilmişdir. Lənkəran təbii vilayəti ərazisində yayılan Qafqaz quru qurbağasının genetik və biokimyəvi analizlərinin nəticələrinə əsasən bu qurbağanın yeni növ – Talış quru qurbağası olduğu müəyyən edilmişdir. Suriya sarımsaqiyli qurbağasının yeni arealı (İsmayıllı rayonu) aşkar edilmişdir. Böyük Qafqazda Qafqaz quru qurbağasının arealının cənub-şərq sərhədləri yenilənmiş və daha geniş ərazini əhatə etdiyi müəyyən eidlmişdir. Asiya çılpaqgözlüsünün (Ablepharus pannonicus Licht. 1823) növdaxili coğrafi dəyişkənliyi, Çəmən kərtənkələsinin morfometrik və bioekoloji xüsusiyyətləri tədqiq edilmişdir. Azərbaycanın şimali-qərb hissəsindəki arid və semiarid ekosistemlərdə sürünənlərin müasir vəziyyəti, nadir amfibi növlərinin (Qafqaz quru qurbağası - Bufo verrucosissumus Pall., 1814 və Qafqaz xaçlıcası - Pelodytes caucasicus Boul.,1896) yayılması və sıxlığı barədə məlumatlar əldə edilmişdir.

laboratorİya müdİrİ v.İ.E baş elmİ İŞÇİLƏR Aparıcı elmİ İşçİlər Böyük ELMİ İŞÇİLƏR Elmİ İŞÇİLƏR Kİçİk ELMİ İŞÇİLƏR Böyük Laborant
b.ü.f.d. Təvəkkül Muxtar oğlu İsgəndərov  b.e.d Tahir Ərşad oglu Kərimov   b.ü.f.d. Hafiz Şahhüseyn oğlu Muxtarov Sevinc Səadət qızı Rəcəbova Günay Əlixan qızı Mustafayeva Ismayılova Əfsanə Əlisalam qızı
b.ü.f.d. Gülbəniz Hafiz qızı Qasımova Elşad Köçəri oğlu Əsgərov  Aqil Rəfi oğlu Haxiyev 
Leyla Vaqif qızı Nadirli  Leyla Əhmədli İlqar qızı 
Quliyeva Gülnar Qəhrəman qızı