Qara Hüseyn oğlu Fətəliyev

Qara Hüseyn oğlu Fətəliyev

Parazitologiya Laboratoriyasının Müdiri

  Anadan Olduğu Yer: Azərbaycan Respublikası,Cəbrayıl rayonu Sarıcallı kəndi
  Təvəllüdü: 15 Yanvar, 1940
  Bitirdiyi Ali Təhsil Müəssisəsi: Azərbaycan Dövlət Universiteti
Elmi Dərəcəsi: Biologiya elmləri doktoru, Dosent
Elmi Rütbəsi:
  Namizədlik (PhD) Dissertasiyasının Mövzusu:
İxtisas şifri: 03.00.19
İxtisasın adı: Parazitologiya
Mövzunun adı: Azərbaycanın Kiçik Qafqaz və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası
  Doktorluq Dissertasiyasının Mövzusu:  
İxtisas şifri: 2429.01
İxtisasın adı: Parazitologiya
Mövzunun adı: Azərbaycanda vəhşi məməlilərin (Dovşankimilər, Gəmricilər, Yırtıcılar, Cütdırnaqlılar) helmint faunasının bioekloji xüsusiyyətləri və formalaşması yolları
  Çapdan Çıxmış Elmi Əsərlərinin Ümumi Sayı: 83
Xaricdə Çıxmış Elmi Əsərlərinin Sayı: 29
Beynəlxalq Bazalarda Referatlaşdırılan və İndeksləşdirilən Jurnallarda Çap Olunan Məqalələrin Sayı:
  Müəlliflik Şəhadətnamələrinin və Patentlərin Sayı:
Kadr hazırlığı:

fəlsəfə doktorlarının sayı ⇒ 1

elmlər doktorlarının sayı ⇒ 

  Əsas Elmi Nailiyyətləri:

Azərbaycanın bütün bölgələrində vəhşi məməlilərin, əhli gövşəyən heyvanların və bir çox reptililərin helmintlərinin landşaft ekoloji zonalar üzrə yayılması öyrənilmiş və helmintlərin yayılmasının landşaft ekoloji istiqaməti inkişaf etdirilmişdir.

Bir sıra növlərin morfo-anatomik quruluşu tam öyrənilmiş və növün təsviri tamamlanmışdır.

Azərbaycanda ilk dəfə olaraq “Xəzdərili məməli heyvanların helmintozlarının təbii ocaqları”, “İnsanın və ev heyvanlarının helmintozlarının təbii ocaqları” və “Kənd təsərrüfatı heyvanlarının helmintozlarının təbii ocaqları” xəritələrini işləyib hazırlamış və Azərbaycan Respublikası Milli Atlasında çap etdirmişdir.

4 elmi-tədqiqat mövzusunun rəhbəri və 15 elmi-tədqiqat işinin məsul icraçısı və rəhbəridir.

Yerli və xarici nüfuzlu jurnallarda 80-dən çox elmi məqalənin müəllifidir.

Hal-hazırda 1 nəfər biologiya üzrə fəlsəfə doktoru hazırlanmış, 3 nəfər dissertantın elmi rəhbəri, 2 nəfər doktorantın elmi məsləhətçisidir.
   Elmi Əsərlərinin Adları:
  1. Azərbaycanda trixostrongilidlərin (Trichostrongylidae) vəhşi məməlilər arasında yayılmasının landşaft-ekoloji xarakteristikası. AMEA Zoologiya İnstitutunun əsərləri, XXVIII cild, Bakı: Elm, 2006, s.278-290
  2. Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin ekoloji zonaların landşaftları üzrə yayılması. AMEA-nın Xəbərləri, Biol.elm. seriyası, Bakı: 2008, №1-2, s. 77-88
  3. Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin epidemioloji, epizootoloji rolu və təbii ocaqlılığı. AMEA-nın Xəbərləri, Biologiya elmləri seriyası, c. 64, № 3-4; Bakı: Elm, 2009, s. 70-73
  4. Azərbaycanda boz dovşanın helmint faunası və onun formalaşma yolları. Zaporojevski Milli Universitetin xəbərləri, Biologiya elmləri, №3, zaporojye: 2013, s.53-59
  5. Trichocephalus myocastoris parazitinin embrional inkişafına abiotik faktorların təsiri (Nematoda, Trichocephalidae). Zooloji jurnal, c. 92, №12, М: Elm, 2013, s.1475-1477
  6. Azərbaycanda SUS SCROFA L.1758     vəhşi donuzun helmint        faunası.   Parazitologiya, 49, 6, 2015, s. 428-432
Respublika, Beynəlxalq və Xarici Ölkələrin Elmi Qurumlarında Üzvlüyü:
Pedaqoji Fəaliyyəti:
Təltif və Mükafatları:
  Əsas İş Yeri və Ünvanı: AZ1004, Azərbaycan Respublikası, Bakı ş., A.Abasovküç., 1128 döngə, 504 məhəllə
  Vəzifəsi: Parazitologiya Laboratoriyasının Müdiri
  Telefon:

Xidməti Telefon: (+994 12) 539 74 82

Mobil Telefon: (+994 51) 754 87 45

Ev Telefonu: (+994 12) 579 73 24

Faks:  

Elektron Poçtu:

qarafataliyev@mail.ru