Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli, 1/8 nomrəli “AMEA-nın Təcrübə Dayaq Məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarına əsasən Zoologiya İnstitutunun tərkibində “Ağsu Təcrübə Dayaq Məntəqəsi” yaradılmışdir. Məntəqəyə 30 nəfərlik ştat cədvəli müəyyən edilmişdir. Ağsu rayonu ərazisində yerləşən bu məntəqənin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş 09.11.2015-ci il tarixli Ümumi Yığıncağındakı çıxışından irəli gələn vəzifələrin daha ətraflı həyata keçirilməsindən ibarətdir. 2021-ci ildə isə məntəqənin adı "Ağsu Elmi Təcrübə Bazası" olaraq dəyişdirilmişdir.
Ağsu Elmi Təcrübə Bazasında kənd təsərrüfatı bitkilərinə zərərverən ziyanvericilərin bioekoloji, fenoloji xüsusiyyətlərinin və təsərrüfat əhəmiyyətinin öyrənilməsi, onların təbii düşmənləri, səmərəli entomofaqların müəyyənləşdirilməsi və zərərvericilərə qarşı kompleks mübarizə üsullarının hazırlanması;
Zoologiya İnstitutu üçün yardımçı təsərrüfat və eyni zamanda elmi tədqiqat məqsədilə arıçılığın inkişaf etdirilməsi.
laborant | mütəxəssİs | texnİk |
---|---|---|
Yalçın Valı oğlu Abdullayev | Şükurə Ağamir qızı Seyidməmmədova | Ehtiram Vəkalət oğlu Abdullayev |
Elgün Ədalət oğlu İslamov | Nicat Xaliq oğlu Əsədov | |
Ərzuman Əzizali qızı İsgəndərova | Mürşüd Ələddin oğlu İslamov | |
Şamil Fəzail oğlu Talıbov | ||
Surxay Babakişi oğlu İslamov |