PALEOZOOLOGİYA LABORATORİYASI

AMEA-nın Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyasının yaradılmasında əsas məqsəd müasir dünya elmində paleontoloji tədqiqatların aktuallığı, Azərbaycan ərazisinin paleontoloji qalıqlarla zənginliyi, AMEA və digər elm-təhsil mərkəzlərindəki bu tip tədqiqatların, kolleksiya materiallarının koordinasıyasıdır. Azərbaycan ərazisinin unikal geoloji tarixə, özünəməxsus relyef və iqlim şəraitinə malik olması ərazinin paleontoloji qalıqlarla zəngin olmasına səbəb olmuşdur. Ölkəmizdə “Qatar Faunası”, “Binəqədi Faunası”, “Pirəkəşkül Faunası” kimi bir sıra nadir və çox qiymətli paleozooloji təbiət abidələri mövcuddur. Görkəmli paleontoloq alimlərimiz öz tədqiqatları ilə dünya elminə böyük töhfələr vermişlər. 

• Azərbaycan ərazisində tapılmış paleontoloji qalıqların öyrənilməsi, bu məlumatlar əsasında müasir ekosistemlərin fauna müxtəlifliyinin formalaşması tarixinin tədqiqi;

• Azərbaycan faunasının növ tərkibinin dəyişməsinin tədqiqi;

• Paleoekologiya və təkamül ekologiyası;

• Növyaranma proseslərinin qanunauyğunluqlarının tədqiqi;

• Azərbaycan faunası nümayəndələrinin filogeniyasının və filogenetikasının tədqiqi;

• Üçüncü və Dördüncü Dövrlərin faunasının tədqiqi;

• Yabanı və əhli heyvanların yüzillik dəyişmələrinin tədqiqi;

• Məməlilərin areal dinamikasının tədqiqi;

• Azərbaycanın heyvanlar aləminin təkamül proseslərinin ekoloji əsaslarının tədqiqi.

LABORATORIYA MÜDİRİ V.İ.E APARICI ELMİ İŞÇİLƏR BAŞ ELMİ İŞÇİLƏR BÖYÜK ELMİ İŞÇİLƏR ELMİ İŞÇİLƏR KİÇİK ELMİ İŞÇİLƏR BÖYÜK LABORANT
b.e.ü.f.d. Tapdıqova Könül Aslan qızı b.e.ü.f.d. Novruzov Nizami Ənvər oğlu Gülşən Elşən qızı