ZOOLOJİ MUZEY

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən Respublikanın faunası öyrənilərkən əldə edilən nümunələr Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəkilində toplanması, saxlanması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi İnstitutda Zooloji Muzeyin yaradılması üçün zəmin olmuşdur. Biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması və təbliği məqsədi ilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə Zoologiya İnstitutunda Zooloji Muzey yaradılmışdır. 

Azə¬baycan və dünya faunasına aid materialların toplan¬ması, mühafizəsi, elmi təd¬qiqi, təbliği və nümayişi;

Fəaliyyətdə olan və yeni yaradılan muzeylərə elmi metodiki kömək göstərmək.

Hal-hazırda Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 eksponat sərgilənir. Onların 314 ədədi son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilmişdir. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. Zooloji muzeyin kolleksiya fondu 295 növə aid 5984 quş təpməsindən ibarətdir.

Muzeyin müdİRİ Böyük Laborant KONSTRUKTOR Rəssam-taksodermİst
b.ü.f.d. Bünyatova Səbinə Nizami qızı Səbinə Eldar qızı Abdullayeva Könül Saləddin qızı Həsənova Könül Yunusova Bəxtiyar qızı
Xatirə İlqar qızı Qəhrəmanlı
 Zeynəb Məmmədova Sabir qızı