Beynəlxalq Əlaqələr

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 05 iyul 2017-ci ilin 9/7 №-li Qərarı ilə AMEA Zoologiya İnstitutunda Beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır. Beynəlxalq əlaqələr şöbəsinin əsas funksiyası müvafiq xarici elmi mərkəzlərlə beynəlxalq əlaqələr yaratmaqdır. Şöbə fəaliyyətini AMEA-nın Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsi ilə əlaqələndirir, əməkdaşlıq edir. Şöbə institutun beynəlxalq əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir. Şöbə institutun beynəlxalq layihələrdə iştirakını təmin edir, xarici alim və mütəxəssislərlə görüşlərini təşkil edir, beynəlxalq qurumlarda institutun fəaliyyətinin təbliğini aparır. Şöbə birgə seminar, konfrans və treninqlərin keçirilməsini, institutun əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunmasını təmin edir. Şöbə institutla xarici ali təhsil müəssisələri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqavilələrinin bağlanmasını və sonrakı əməkdaşlığı təmin edir. Şöbə institut əməkdaşlarının xarici elmi qurumlara ezamiyyətlərini təşkil edir. “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması və “yırtıcı” jurnallarla bağlı beynəlxalq əlaqələr şöbəsi tərəfindən İnstitut əməkdaşları daim maarifləndirilir.

Şöbə institutun beynəlxalq əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir;

İnstitutun beynəlxalq layihələrdə iştirakını təmin edir, xarici alim və mütəxəssislərlə görüşlərini təşkil edir, beynəlxalq qurumlarda institutun fəaliyyətinin təbliğini aparır;

Birgə seminar, konfrans və treninqlərin keçirilməsini, institutun əməkdaşlarının xarici elmi qurumlarla təcrübə mübadiləsinin təşkil olunmasını təmin edir;

İnstitutla xarici ali təhsil müəssisələri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqavilələrinin bağlanmasını və sonrakı əməkdaşlığı təmin edir, institut əməkdaşlarının xarici elmi qurumlara ezamiyyətlərini təşkil edir.

Şöbə müdiri: Tahirova Elyanə Nail qızı

Baş mütəxəssis: Əliyeva Aytəkin Telman qızı

Tərcüməçi: Aynur Ağayeva Allahverdiyevna qızı