XƏBƏRLƏR
1129 Arxiv

2017.11.16

Zoologiya İnstitutunda zərərvericilərə qarşı mübarizə aparmaq üçün yeni tədqiqat işlərinə başlanılıb

AMEA Zoologiya İnstitutunda kənd təsərrüfat bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə aparmaq üçün yeni tədqiqat işlərinə başlanılıb.

İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları kənd təsərrüfat bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə oluna səmərəli entomofaqların çoxaldılmasına başlayıblar. Entomofaqların laboratoriya şəraitində artırılması nəzərdə tutulur.

Hər hansı bir entomofaqın kütləvi çoxaldılması üçün ilk növbədə onun qidasını təşkil edən digər həşəratları kütləvi şəkildə çoxaltmaq lazımdır. 

Buna görə də hazırda bir çox zərərvericilərin səmərəli entomofaqı olan Habrobrakon hebetorun sürfələrinin qidasını təşkil edən dəyirman odlucasının laboratoriya şəraitində kütləvi artırılması yolları tədqiq edilir.