XƏBƏRLƏR
3153 Arxiv

2017.10.25

Azərbaycanlı zooloq Türkiyənin bal arısı xəstəliklərinin analizi üzrə tətbiq etdiyi metodlara yiyələnir

AMEA Zoologiya İnstitutunun işçisi Türkiyədə təlim kurslarında iştirak edir.

İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Əliyevanın qatıldığı təlimlər  Türkiyənin Bursa şəhərinin Uludağ Universitetində aparılır.
Təlim kurslarında iştirakın məqsədi Uludağ Universitetinin Baytarlıq fakültəsinin bal arısı xəstəliklərinin molekulyar analizi istiqamətində tətbiq etdiyi metodlara yiyələnməkdir.
R.Əliyeva təlim kurslarına Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf  Fondunun maliyyə dəstəyi ilə qatılıb.