XƏBƏRLƏR
3058 Arxiv

2017.10.26

Zoologiya İnstitutunda iməcilik təşkil olunub

14 oktyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunda iməclik təşkil olundu. İməclik zamanı əməkdaşlar institutun həyətində böyük abadlıq işləri apardılar. Küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırıldı, ağaclara qulluq göstərildi, onların dibi yumşaldıldı, ərazi qurumuş otlardan təmizləndi, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarıldı.

Muzeyin kolleksiya fondunda olan yararsız nümunələr aktlaşdırılaraq çıxarıldı.

Otaqlarda təmizlik işləri görüldü.