XƏBƏRLƏR
3237 Arxiv

2017.10.17

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

17 oktyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunda Elmi  Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə institutun direktoru f.ü.f.d. Elman Yusifov açaraq gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. İclasda ilk olaraq Elmi Şuranın tərkibində dəyişiklik edilməsi barədə müzakirələr olundu. Şahzadə Mədətovanın yerinə b.ü.f.d Şeyda Məhərrəmovanın namizədliyi irəli sürüldü. Daha sonra, 2017-ci il üçün hesabatların vaxtı müəyyənləşdirildi.

İclasda həmçinin, AMEA Zoologiya İnstitutunun Elmi katibi, b.ü.f.d. Sara Əliyeva və Təhsil şöbəsinin müdiri b.ü.f.d. Lalə Şirinovanın “Dosent” elmi adı alması haqqında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı. İclasda bir sıra məsələlər də müzakirə olundu.

AMEA Zoologiya İnstitutunda 7 fevral 2017-ci ildə “Azərbaycanda yayılan onurğalı heyvanların müasir taksonomik kadastrı”nın hazırlanması üçün yaradılan komissiyanın üzvü, Zooloji Muzeyin müdiri, b.ü.f.d. Səbinə Bünyatova   mövzu üzrə çıxış etdi. Çıxış zamanı Onurğalı heyvanların müxtəlif siniflərinə aid olan heyvanların təsnifat statusunda son illərdə edilmiş dəyişikliklər nəzərə çatdırıldı, Azərbaycanın faunasına daxil olan yeni növlər qeyd olundu. İxtioloqlar, herpetoloqlar, ornitoloqlar və terioloqlar tərəfindən hazırlanan taksonomik kadastrdakı məlumatlar son 5 ilin ədəbiyyatları, həmçinin müasir məlumat bazaları ilə müqayisə edildi (http://datazone.birdlife.org; http://www.iucnredlist.org; http://www.catalogueoflife.org) və bəzi mübahisəli suallar müzakirə olundu.

Sonda qərar Elmi Şura üzvləri tərəfindən qəbul olundu.