XƏBƏRLƏR
3491 Arxiv

2017.10.13

AMEA Zoologiya İnstitutu Mingəçevirdə balıqlar və tibb zəlisi yetişdirir

AMEA Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi (Hirudo medicinalis) yetişdirilir

Hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

Bu məqsədlə laboratoriyanın bütün göllərində 2017-ci ilin mart ayından melorasiya işlərinə başlanılıb. Göllərdə olan balıqlar  ovlanaraq duz məhlulundan və marqansdan keçirilib, çeşidlənib və müvafiq olaraq göllərə paylanılıb.

Layihələrin gedişatı ilə maraqlanmaq məqsədi ilə oktyabrın 12-də AMEA Zoologiya İnstitunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov, Hidrobiologiya laboratoriyasının müdiri Adil Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Tağıyeva və Kadrlar şöbəsinin müdiri Xuraman Novruzlu Mingəçevir Elmi-Təcrübə laboratoriyasında ezamiyyətdə olublar.