XƏBƏRLƏR
3071 Arxiv

2017.10.12

AMEA Zoologiya İnstitutunun alimləri Norveçdə beynəlxalq tədqiqat aparırlar

AMEA Zoologiya İnstitutunun alimləri Norveçdə beynəlxalq layihə çərçivəsində tədqiqat işləri aparırlar.
İnstitutun "Quru onurğasızları” laboratoriyasının alimləri - biologiya üzrə elmlər doktoru Natalya Sneqovaya, biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova və biologiya üzrə fəlsəfə doktoru Ellada Hüseynova Oslo Təbiət Tarixi muzeyinin əməkdaşı Vladimir Qusarovun dəvəti ilə həmin ölkəyə səfər ediblər.

Səfər zamanı "EntoMol" layihəsi çərçivəsində Buprestidae, Neuroptera, Odonata, Opilionidae qrupları üzrə molekulyar-genetik analizlər aparırlar.