XƏBƏRLƏR
3305
Arxiv
2017.10.26
AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlərin çoxaldılması üzrə uğurlu nəticələr əldə olunur
AMEA Zoologiya İnstitutunda nadir növlər süni şəraitdə çoxaldılır. Tətbiqi Zoologiya Mərkəzində institutun elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda bəzi nadir quşların (Phasianus colchicus- adi qırqovul, Phasianus versocolor - yaşıl qırqovul, Alectoris rufa - qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusunda araşdırmalar aparılır.
Cari ildə icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanmış, optimal rejim müəyyənləşdirilmiş və 50-dən artıq bala alınmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.