XƏBƏRLƏR
3297 Arxiv

2017.10.10

Cari ildə AMEA-ya qəbul olunmuş magistrantların dissertasiya mövzuları müzakirə edilib

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində 2017-2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olunan tələbələrin dissertasiya mövzuları ilə bağlı görüş keçirilib. 

Bir sıra elmi müəssisələrin direktorlarının və magistrantların elmi rəhbərlərinin iştirak etdikləri tədbirdə cari ildə akademiyaya qəbul olunan magistrantların dissertasiya mövzuları müzakirə edilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə hər bir dissertasiya işində problemin qoyuluşunun elmin aktual inkişaf meyilləri ilə əlaqəli olmasının vacibliyini vurğulayıb, mövzuların magistrantlara verilməzdən əvvəl institutlarda hərtərəfli müzakirə olunmasını tövsiyə edib.

Tədbirdə magistrantların dissertasiya işinin təşkili, onların tədris prosesinin təkmilləşdirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

http://science.gov.az/news/open/6516