XƏBƏRLƏR
3014 Arxiv

2017.10.03

AMEA Zoologiya İnstitutunda seminar keçirilib

3 oktyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunda AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Web of Science – Clarivate Analytics” mövzusunda seminar keçirilib. Seminarı Clarivate Analytics şirkətinin təlim eksperti Aygün Babazadə aparıb. O, çıxışı zamanı institut əməkdaşlarına Web of Science bazasının yaradılması tarixi, strukturu, bazaya daxil olan jurnallar, jurnalların axtarışı, onların impakt-faktoru, Researcher İD, Endnote haqqında məlumat verib. Seminarın sonunda Əməkdaşlarla praktiki məşğələ aparılıb.