XƏBƏRLƏR
2880 Arxiv

2017.10.02

Dendrologiya İnstitutunda “Təmizlik, ağacəkmə və yaşıllaşdırma” aksiyası keçirilib

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin doğum günü münasibətilə AMEA-nın Dendrologiya İnstitutunda “Təmizlik, ağacəkmə və yaşıllaşdırma” aksiyası keçirilib.

Məqsəd ekoloji mühitin mühafizəsi, ölkədə biomüxtəlifliyin qorunması və cəmiyyətdə təbiətə qayğı hissinin güclənməsi olub.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Ranan və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Aksiyada səfirlik tərəfindən Dendroloji parka hədiyyə olunan asya florasından ağac-kol bitkiləri əkilib, ərazidə təmizlik, abadlaşdırma və aqrotexniki işlər aparılıb.

http://science.gov.az/news/open/6447