XƏBƏRLƏR
2915 Arxiv

2017.10.25

Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının yeni prezidenti seçilib

Sentyabrın 26-da Rusiya Elmlər Akademiyasında (REA) prezident seçkiləri keçirilib. Səsverməyə əsasən, fizika-riyaziyyat üzrə elmlər doktoru Aleksandr Sergeyev REA-nın yeni prezidenti seçilib.

Qeyd edək ki, Aleksandr Mixayloviç Sergeyev 1955-ci ildə anadan olub. O, N.İ.Lobaşevski adına Qorki Dövlət Universitetini "Radiofizika" ixtisası üzrə bitirib. 2015-ci ildən Tətbiqi Fizika İnstitutuna, 2016-cı ildən isə Rusiya Federal Tədqiqat Mərkəzinə rəhbərlik edir.

A.Sergeyev plazma fizikası və biofotonika, lazer fizikası, femtosaniyə optikası sahəsində Rusiyanın görkəmli alimlərindən biridir.

http://science.az/news/open/6424