XƏBƏRLƏR
3039 Arxiv

2017.09.25

ABŞ-ın Botanika Bağları Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib

AMEA-nın Botanika İnstitutunda ABŞ-ın Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Validə Əlizadə iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumundan söz açıb, bu sənədin gələcəkdə təcrübə mübadiləsi və müştərək layihələr üzərində işləmək üçün geniş imkanlar açdığını bildirib.  

Daha sonra BBC-nin baş koordinatoru Andrey Bunting, bu sahənin aparıcı kuratorları - Peter Zale (Longwood Bağları), Phil Douglas (Çikaqo Botanika Bağı), Vincent Marrocco, Matt Lobdell (Morris Arboretum Bağı), Henrik Sjoman (Gothenburg Botanika Bağları) təmsil etdikləri təşkilatların fəaliyyətindən bəhs edən məruzələrlə çıxış ediblər.

Səfər müddətində qonaqlar Azərbaycanın yabanı florasının öyrənilməsi məqsədilə Zaqatala, Qax, Lerik və Lənkəran rayonlarında tədqiqatlar aparıblar. Toplanan nümunələr bioloji müxtəlifliyin mühafizəsi məqsədilə institutun Toxum bankına təhvil verilib.

http://science.az/news/open/6407