XƏBƏRLƏR
3253 Arxiv

2017.09.19

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşlarının ilk iclası keçirildi

19 sentyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşlarının ilk iclası keçirildi. 
İclasda Mərkəzin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov çıxış edərək Mərkəzdə icra edilən plan işlərinin mövzuları və icraçıları barədə məlumat verib, hər bir iş üzrə illik hesabatların hazırlanmasını, alınan nəticələr əsasında məqalələrin yazılmasını tövsiyə edib.  

Növbəti məsələ Mərkəzdəki struktur dəyişikliyi barədə olub. Mərkəzin təsərrüfat işləri üzrə müdir müavini vəzifəsinə yeni təyin olunmuş Kamran Şəfiyev kollektivə təqdim edilib.

İclasda işçilərin nizam-intizam qaydalarına ciddi riayət etməsinin vacibliyi bildirilib, ekspedisiyaların təşkili və s. məsələlər barəsində də fikir mübadiləsi aparılıb.