XƏBƏRLƏR
2940 Arxiv

2017.09.15

AMEA Zoologiya İnstitutunda 15 sentyabr - Bilik Gününə həsr olunan toplantı keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda 15 sentyabr - Bilik Gününə həsr olunan toplantı keçirildi. 

Tədbiri giriş sözü ilə İnstitutun direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov açaraq ilk magistr Xədicə Qurbanovanı təbrik etdi. Ona yeni dərs ilində uğurlar arzuladı. Qeyd edək ki, Xədicə Qurbanova Zoologiya İnstitutunun Magistraturasına qəbul olan ilk magistrdir. O, “Entomologiya” ixtisası üzrə təhsil alacaq.