XƏBƏRLƏR
3569 Arxiv

2017.09.15

AMEA Zoologiya İnstitutunun Həmkarlar təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunun Həmkarlar Təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda son 5 il ərzində görülən işlər haqqında təşkilatın sədri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov məlumat verdi. B.Əhmədovun hesabatı dinlənildikdən sonra institutun Həmkarlar Təşkilatı və  Təftiş Komissiyasına yeni üzvlər seçildi. 

Həmkarlar Təşkilatının sədri institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Nərimanova, Təftiş Komissiyasının sədri Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Səbinə Bünyatova seçildilər.

Təşkilatın yığıncağında AMEA-nın Azad Həmkarlar İttifaqının nümayəndələri Sitarə Bağırova və Şəhla Əmirova da iştirak ediblər.