XƏBƏRLƏR
3014 Arxiv

2017.09.07

AMEA Zoologiya İnstitutu aztəminatlı ailələrə yardım edib

AMEA Zoologiya İnstitutu aztəminatlı əməkdaşlarına yardım məqsədilə toyuq paylayıb.  Qeyd edək ki, institut bir müddət öncə bütün əməkdaşlarına vivariumda saxlanılan bildirçinlərdən pulsuz paylamışdı. Bundan əlavə institutun becərdiyi kənd təsərrüfatı məhsulları - kartof, sarımsaq və  s. institut əməkdaşlarına paylanılıb. Hər bir işçiyə 20 kq-a yaxın kartof, 1 kq sarımsaq və s. kənd təsərrüfatı məhsulları verilib.

Qeyd edək ki, institutun əməkdaşlarına bal və digər kənd təsərrüfatı məhsulları da paylanılacaq.