XƏBƏRLƏR
951 Arxiv

2017.08.30

Cənubi Qafqaz ölkələri üçün yeni layihə həyata keçiriləcək

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi Saleh Əliyev Ukrayna Respublikasının Ujqorod şəhərində avqustun 3-7-də keçirilən “Ekologiya və din” mövzusunda beynəlxalq forumda iştirak edib. Almaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən forumun məqsədi Slavyan və Cənubi Qafqaz Respublikaları üçün  “Ekologiya və din" layihəsinin hazırlanması və növbəti illərdə bu layihə üzrə işə başlanılmadır.

Layihə ilə bağlı konsepsiyalar sentyabrın 15-dək hazırlanacaq, oktyabrın 6-7-də Ujqorodda müzakirə olunacaq. Yekun müzakirə və noyabrda Berlin şəhərində keçiriləcək. Qəbul olunmuş lahiyə maliyyələşmə üçün Almaniya Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Forumda həm də Cənubi Qafqaz Respublikalarının birində Ekoloji Mərkəzin açılması da təklif olunub.