XƏBƏRLƏR
3033 Arxiv

2017.07.20

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları yetişdirilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun AğsuTəcrübə Dayaq Məntəqəsində ilk dəfə yetişdirilən kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İnstitut kollektivinin bir sıra əməkdaşları bu işdə aktiv iştirak ediblər.

Artıq becərilən kənd təsərrüfatı məhsullarının (kartof, sarımsaq, qarğıdalı, qarpız və s.) paylanılmasına başlanılıb.

İnstitutun becərdiyi məhsullar bütün işçilərinə paylanılıb. İnstitut hər bir işçiyə adambaşına 20 kq yaxın kartof, 1 kq sarımsaq və s. kənd təsərrüfatı məhsulları verib. Məhsul yığımı hələ də davam edir.

Qeyd edək ki, institutun əməkdaşlarına bal və digər kənd təsərrüfatı məhsulları da paylanılacaq.