XƏBƏRLƏR
3198 Arxiv

2017.07.04

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclası giriş sözü ilə institutun direktoru Elman Yusifov açaraq gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdırdı. Rəhbərlik tərəfindən AMEA Zoologiya İnstitutunda 2017-ci ilin I yarım ili üçün hesabatların nəticələrinə əsasən elmi işçilərin fəaliyyətini stimullaşdırmaq məqsədilə mükafatlar  müəyyən olundu.

İclasda həmçinin  2017-ci ilin I yarım ili ərzində laboratoriyalar üzrə ən yaxşı göstəricilər əldə etməsinə görə Hidrobiologiya laboratoriyasının I, Tətbiqi Zoologiya Mərkəzinin II, Protozoologiya laboratoriyasının III yer tutduğu elan edilib.

Sonda akademik M.Musayevin 95 illik yubileyinin keçirilməsi ilə bağlı müzakirələr aparıldı.