XƏBƏRLƏR
1395 Arxiv

2017.06.21

Tətbiqi Zoologiya Mərkəzində biometodun tətbiqi istiqamətində tədqiqatlar aparılır

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə bioloji üsullara daha çox üstünlük verir və bu sahədə tədqiqatları genişləndirirlər.

Əməkdaşlar pambıq sovkası, nar odlucası, qərzəkli meyvə zərərvericiləri və müxtəlif növ mənənə və yastıcalara qarşı mübarizə məqsədilə habrobrakon minicisi, trixoqramma və yırtıcı parabüzənlərin süni şəraitdə kütləvi çoxaldılma yollarını araşdırırlar. Əməkdaşlar həşəratların kütləvi çoxaldılması üçün onların qidasını təşkil edən bir sıra tərəvəz bitkilərinin toxumlarını təcrübə sahəsində əkdilər .