XƏBƏRLƏR
3446 Arxiv

2017.06.06

AMEA Zoologiya İnstitutunun əməkdaşları “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminarda iştirak ediblər

5-6 iyun 2017-ci il tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.

Tədbirdə “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin əhəmiyyətini qeyd edib, onun Azərbaycanda elm və təhsilin inkişafına töhfə verəcəyini vurğulayan AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, həmçinin, AMEA-da son illər elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilən islahatlar, elmi tədqiqatların istehsalata tətbiqi, magistratura təhsili, beynəlxalq elmi qurumlarla əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Sonra Təhsil nazirinin müşaviri Həsən Həsənli, Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspanıyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole çıxış etdilər.

Ekspertlər “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin inkişaf etdirilməsi üçün Avropa İttifaqının tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə ekspertlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Qeyd edək ki, AMEA  Zoologiya İnstitutunun elmi katibi b.ü.f.d. Sara Əliyeva və Təhsil şöbəsinin müdiri b.ü.f.d. Lalə Şirinova həmin tədbirdə iştirak ediblər.