XƏBƏRLƏR
3544 Arxiv

2017.05.31

AMEA Zoologiya İnstitutunun əməkdaşları seminarda iştirak edib

31 may 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr və Nərş şöbəsinin müdir vəzifəsini icra edən K.Tağıyeva və İnstitutun kitabxana müdiri Ü.Qarayeva AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə “EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda seminarda dinləyici kimi iştirak etmişlər. Seminarda Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) Respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb, akademiyanın institut və təşkilatlarından olan istifadəçilərə “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlər təşkil olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.Daha sonra EBSCO-nun Azərbaycan Respublikası üzrə təmsilçisi İrina Kreyçarova slaydlı təqdimatla çıxış edib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.