XƏBƏRLƏR
3314 Arxiv

2017.05.19

“Elektron test sistemi” üzrə treninqdə iştirak edən AMEA Zoologiya İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim olundu

Cari ilin aprelin sonu və mayın əvvəllərində AMEA rəhbərliyinin tapşırığı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün yenidən “Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib. Treninqlərdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41 nəfəri imtahanlardan uğurla keçib.

AMEA Zoologiya İnstitutunun Təhsil şöbəsinin müdiri  Lalə Şirinova  və şöbənin metodisti Aygül Əmrahlı da treninqdə iştirak etmiş, keçirilən imtahandan əla qiymətlər almış və sertifikatlarla təltif olunmuşlar.