XƏBƏRLƏR
3608 Arxiv

2017.05.15

Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin doktorantı AMEA Zoologiya İnstitutunda olub

 

15 may 2017-ci il tarixində Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin Biologiya fakültəsinin “Zoologiya və Heyvan ekologiyası” kafedrasının doktorantı Xomenko Andrey Nikolayeviç AMEA Zoologiya İnstitutuna gəlib, İnstitutun direktoru Elman Yusifovla görüşüb və laboratoriyalarla tanış olubdur. Doktorantın gəlişinin məqsədi Azərbaycanın Quba-Xaçmaz zonasının sututarlarında zəli faunasını tədqiq etməkdir. Qeyd edək ki, doktorant, 15 – 24 may tarixlərində Parazitologiya laboratoriyasının baş elmi işçisi M.A.Hüseynovun rəhbərlik etdiyi qrupla ekspedisiyada iştirak edəcək.