XƏBƏRLƏR
3498 Arxiv

2017.04.28

AMEA Zoologiya İnstitutunun əməkdaşlarının Mingəçevir Elmi-Təcrübə Dayaq Məntəqəsinə ekspedisiyası təşkil olundu

Aprelin 28-də AMEA Zoologiya İnstitutunun əməkdaşları-elmi işlər üzrə direktor müavini, b.e.d. E.Əhmədov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d. B.Əhmədov, Hidrobiologiya laboratoriyasının müdiri, b.ü.f.d. A.Əliyev, Hidrobiologiya və Tətbiqi Zoologiya Mərkəzinin  əməkdaşları K.Tağıyeva, K.Tapdıqova, Ş.Fərzəli, L.Dadaşova və İ.Mikayılzadə Mingəçevir Elmi-Təcrübə Dayaq Məntəqəsində ekspedisiyada olmuş, məntəqənin işçiləri ilə söhbətlər aparılmış, göllərə baxış keçirmiş və elmi seminarlar təşkil etmişlər. K.Tağıyeva “Mingəçevir su anbarının azqıllı qurdlar faunası”, K.Tapdıqova “Artemia salina və akva kultura”,  Ş.Fərzəli “Tibb zəlisi”, L.Dadaşova “Zəlilərin qidalanması və Hirudoterapiya” mövzusu üzrə çıxışlar etmişlər.

Sonda mövzular üzrə müzakirələr aparılmışdır.