XƏBƏRLƏR
3300 Arxiv

2017.04.20

Zoologiya İnstitutunda zəlilərin süni yolla çoxaldılması istiqamətində ilk nəticə əldə edilib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisinin süni yolla çoxaldılması istiqamətində ilk nəticə əldə olunub.

Belə ki, mərkəzdə 42 günlük təcrübə dövründə akvariuma 8 ədəd zəli daxil edilib və onların təbii şəraitinə uyğun ekosistem yaradılıb. Qaranlıq otaqda, sakit şəraitdə saxlanılan akvariuma heç bir kənar müdaxilələr edilməyib.

Nəticədə aparılan təcrübə zamanı zəlilərdən ilk barama əldə olunub.

Qeyd edək ki, tibb zəlisi (Hirudo medicinalis) farmoseptik əhəmiyyətə malikdir və tibbin müxtəlif sahələrində müalicə məqsədi ilə tətbiq olunur.