XƏBƏRLƏR
3674 Arxiv

2017.04.17

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində Riyaziyyat qrupu fəaliyyətə başlayıb

Əbəs yerə deyilməyib ki, riyaziyyat bütün elmlərin şahıdır. 50-ci illərdən riyazi modelləşdirmə digər elmlərdə öz vüsətini tapır. Bu riyazi modelləşdirmənin tətbiqi  fizika, kimya elmlərindən başlayaraq digər elm sahələrində də öz müsbət təsirini göstərdi.

Təbiətdə baş verən dəyişikliklərə canlılar aləminin hər bir növü özünəməxsus tərzdə reaksiya göstərir. O cümlədən, canlılar aləminin əsasını təşkil edən heyvanlar aləmi də təbiətdəki dəyişikliklərə qarşı reaksiya göstərirlər. Zoologiya institutunun “Tətbiqi Zoologiya Mərkəzi” ndə yeni təşkil edilmiş “Riyaziyyat” qrupu zooloji obyektlər üzərində riyazi modellərin qurulması istiqamətində fəaliyyət göstərmək məqsədilə yaradılıb.

“Tətbiqi Zoologiya Mərkəzi” ndəki Riyaziyyat qrupunun üzvləri f.-r.ü.f.d. Əli Məmmədov və Vəfa Xəlilova, mərkəzin elmi işçisi Şeyda Məhərrəmova ilə birgə əməkdaşlıqları sayəsində onun meşə ziyanvericiləri üzərində apardığı tədqiqatın nəticələrindən istifadə edərək bu prosesin modelləşdirilməsinə başlayıblar.