XƏBƏRLƏR
3389 Arxiv

2017.04.07

İnformasiya Texnologiyaları İnstitutunda “Data Mining” texnologiyaları araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Data Mining” texnologiyaları araşdırılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “Data Mining” kurslarına start verilib. Kurslar “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılacaq. “Google Scholar” bazasının məlumatına əsasən, bu kitab “Data Mining” sahəsində 32 mindən artıq istinad alıb.

“Data Mining” yeni və dinamik inkişaf edən elm sahəsidir. Bu texnologiya vasitəsilə böyük həcmli verilənlər toplusundan lazımi bilik, yeni informasiya əldə edilir.

 

http://azertag.az/xeber/1049289