XƏBƏRLƏR
3471 Arxiv

2017.04.10

MEK AMEA institutlarının əməkdaşlarına pulsuz endokrinoloji müayinə həyata keçirir

Zoologiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatı dəstəyi ilə VM Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin həkim və digər mütəxəssislərdən ibarət səyyar briqadasının MEK və AMEA-nın bütün institut və təşkilatlarının əməkdaşları arasında pulsuz endokrinoloji diaqnostik müayinə və konsultasiyanın həyata keçirilməsi ilə bağlı seminar təşkil olundu.

Qeyd edək ki, adı çəkilən tədbirlər sırasında aprel ayının 3-dən iyun ayının 30-na qədər bütün AMEA əməkdaşları üçün endokrinoloji müayinə (qalxanvari vəz, mədəaltı vəz və s.) və aprel ayının 13 və 14-ü ağ ciyərlərin fluoroqrafik müayinəsi (az şualı) və konsultasiyası təşkil olunacaq.