XƏBƏRLƏR
3405 Arxiv

2017.04.06

Mərkəzi Nəbatat Bağında yalnız Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyası xarici ölkələrdən gətirilən qızılgül sortlarının Abşeron şəraiti üçün introduksiyası ilə məşğuldur. Laboratoriyada xarici ölkələrdən gətirilən 560-dan çox qızılgül sortu yerli şəraitə uyğunlaşdırılıb.

Bağda indiyədək ölkəmizə məxsus 31 yeni qızılgül sortu yetişdirilib. Burada yetişdirilən “Ərin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül sortları artıq dövlət tərəfindən qəbul olunub, aidiyyəti qurumların patentini alıb. Bundan əlavə, müəssisədə “Şərqin səhəri”, “Ulduzlu Xəzər”, “Köhnə Bakı”, “Qədim Gəncə” kimi sortlar da mövcuddur.

Sortların yetişdirilməsi üçün çarpaz tozlandırma metodundan istifadə olunur və hazırda 800-dən çox hibrid forma üzərində işlər aparılır.

Məlumat üçün qeyd edək ki, Mərkəzi Nəbatat Bağı tərəfindən Azərbaycanda ilk dəfə qızılgülü sortlarının kataloqu (200 səhifə) buraxılıb. İkinci kataloq isə nəşrə hazırlanır. 

http://science.gov.az/news/open/5364