
2017.04.05
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi
AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov öncə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, biologiya və tibb elmləri sahəsinə verdiyi mühüm töhfələrə və elmi fəaliyyətlərinə görə fərqlənən bir neçə alim BTEB-nin Fəxri fərmanı ilə təltif olunublar.
Ə.Əmiraslanov BTEB-in elmi təşkilatlarının AMEA-nın Ümumi Yığıncağında təqdim olunması üçün hazırladığı video-roliklər, sərgi materialları və s. haqqında da məlumat verdi.
İclasda, həmçinin AMEA Zoologiya İnstitutunda Rəyasət heyətinin 15 fevral 2017-ci il qərarı ilə yaradılmış İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə Vüsalə Nərimanovanın namizədliyi təsdiqləndi.