XƏBƏRLƏR
1215 Arxiv

2017.04.04

Azərbaycanlı alimlər Rusiyada ölkə elminin inkişaf mərhələləri ilə bağlı mühüm sənədlər əldə ediblər

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və bu müəssisənin elmi işçisi Novruz Nuriyev 26 mart – 02 aprel tarixlərində Rusiyanın Moskva şəhərində elmi ezamiyyətdə olublar.

Səfər çərçivəsində azərbaycanlı alimlər AMEA-nın və bütövlükdə ölkə elminin tarixinə dair çoxsaylı fakt və sənədləri araşdırıblar. Onların arasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı və Azərbaycan SSR Elmlər Akademiyasının tarixi ilə bağlı materiallar mühüm yer tutur.     

Alimlər, həmçinin V.İ.Lenin adına Rusiya Dövlət Kitabxanasında elm tarixinin nəzəri-praktiki əhəmiyyəti və XX əsr Azərbaycan elminin inkişaf mərhələləri ilə bağlı əhəmiyyətli sənədlər əldə ediblər.

http://www.science.az/news/open/5338