XƏBƏRLƏR
1202 Arxiv

2017.03.31

AR DGK Balakən Gömrük İdarəsinin gömrük postunda gömrük nəzarətindən gizlədilmiş buynuzlar aşkar edilmişdir

25 mart 2017-ci il tarixində Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda “VAZ-2103” markalı minik nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 4 ədəd buynuz aşkar olunmuşdur.  Aşkar olunmuş buynuzların hansı heyvan növünə aid olduğu, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CİTES) ilə müəyyən edilmiş siyahılara daxil olub-olmamasının müəyyən olunması üçünDövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən AMEA Zoologiya İnstitutuna müraciət olunmuşdur. İnstitutun mütəxəssisləri tərəfindən buynuzlara baxış keçirilmiş və onların şərqi Qafqaz turuna (Capra cylindricornis) aid olduğu müəyyən edilmişdir. Qeyd edilən növ Azərbaycan Respublikasının Qırmızı kitabına və CİTES Konvensiyası ilə müəyyən edilmiş siyahıya daxil deyil.