XƏBƏRLƏR
1158 Arxiv

2017.02.08

AMEA ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması vacibdir

Fevralın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli elmi yeniliklərin, elmin inkişafı istiqamətində aparılan islahatlarla bağlı məlumatların geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolundan, ölkədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. Alim bu gün Azərbaycanda güclü medianın formalaşdığını qeyd edib. 

AMEA ilə media qurumları arasında əlaqələrin əhəmiyyətini önə çəkən akademik İ.Həbibbəyli bu əlaqələrin daha güclənməsi istiqamətində fəaliyyətin genişləndiriləcəyinə əminliyini bildirib.

 

http://science.gov.az/news/open/5023

Sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb. Bildirib ki, AMEA ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması vacibdir. Bu həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün çox faydalı nəticələr verə bilər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, AMEA və media əlaqələrinin qurulmasının vacibliyini vurğulayıblar.

http://science.gov.az/news/open/5023