XƏBƏRLƏR
2608 Arxiv

2016.07.31

Zoologiya İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirilib

İnstitutun nəzdində fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının növbəti iclasındaAMEA Zoologiya institutunun Faydalı cücülərin introduksiyası laboratoriyasının elmi işçisi Məhərrəmova Şeyda Məmməd qızının “Azərbaycanın şərqində meşə-meyvəbitkilərinə ziyan vuran yarpaqbükənlərin (Lepidoptera:Tortricidae) növ tərkibi və onların parazitoid kompleksi” mövzusunda biologiya üzrə fəlsəfədoktoruelmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyaişinin müdafiəsi keçirilib.
Ş.M.Məhərrəmova tərəfindən Azərbaycanın şimal-şərq, şərq və cənub-şərq ərazilərində meşə-meyvə bitkilərinə ziyan vuran yarpaqbükənlərin növ tərkibi və onların parazitoid kompleksi tədqiq edilmişdir. Tədqiqat zamanı Tortricidae fasiləsinin 2 yarımfəsilə 14 cinsə daxil olan 17 növ yarpaqbükən müəyyən edilmişdir. Tədqiq olunan növlərdən 3 növ (Epinotia demarniana, Eudemis profundana, Cacoecimorpha pronubana) Qafqaz, 2 növ (Ptycholomcı lecheana, Hedya salicella) Azərbaycan faunasında ilk dəfə qeydə alınmışdır. 3 növ yarpaqbükənin - yaşıl palıd yarpaqbükəni (Tortrix viridana), qızılgül yarpaqbükəni (Archips rosanus) və parlaq qızılı yarpaqbükən (Archips xylosteana) daha çox ziyan vurduğu müəyyən edilmiş və ilk dəfə bu növlrin bioekoloji xüsusiyyətləri ətraflı tədqiq edilmiş, növlərin fenoloji təqvimi hazırlanmış, qida əlaqələri, arealları dəqiqləşdirilmişdir. Təqdim edilmiş dissertasiya işində yarpaqbükənlərlə bərabər onların təbiətdə sayının azaldılmasında rol oynayan parazitoid kompleksi də tədqiq edilmiş və aşkar edilmiş 17 növ yarpaqbükəndən 8 növünün təbiətdə sayının təbii tənzimində əhəmiyyətli rol oynayan 67 növdən ibarət parazitoid kompleksi aşkar edilmişdir. Bunlardan Diptera dəstəsinin Tachinidae fasiləsinə 3 növ, Hymenoptera dəstəsinin Chacidoidea fəsiləüstünə 26 növ, Braconidae fasiləsinə 22 növ, Ichneumonidae fasiləsinə 15 növ, Ceraphronidae fasiləsinə 1 növ daxildir. Tədqiq olunan parazitoidlərdən 15 növü Azərbaycan faunası üçün ilk dələ qeyd edilir.