XƏBƏRLƏR
2827 Arxiv

2017.02.02

AMEA Zoologiya İnstitutunda Gənclər Gününə həsr olunan tədbir keçirildi

Bildiyimiz kimi,2Fevral Ümumrespublika Gənclər Günüdür.

 Azərbaycanda əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan, bu günün tarixi 1996-cı ildən başlayır. Bu gün, ölkəmizdə dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir.

Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.

AMEA  Zoologiya İnstitunda da gənclər günü ilə əlaqədar tədbir keçirilib, rəhbərlik tərəfindən fəal gənclər təltif olunmuşdur.

Keçirilən tədbiri giriş sözü ilə İnstitut direktoru, fiz.ü.f.d. Elman Yusifov açıq elan edərək, ilk öncə, gənc alimləri bu gözəl gün münasibəti ilə təbrik edib, onlara işlərində nailiyyətlər arzuladı. Əməkdaşlara özlərini inkişaf etdirməyi, seçdikləri sahənin mütəxəssi olub, eyni zamanda bir sahə ilə kifayətlənməməyi, həmçinin tədqiqat işlərinə, operativlik, tolerantlıq, dözümlülük tətbiq etməyi məsləhət gördü.

Daha sonra İnstitut əməkdaşlarının çıxış və təbrik sözləri eşidildi. Belə ki, “Cücülərin  ekologiyası və fizilogiyası” laboratoriyasından Səbinə Həsənova, həmçinin, k.e.i. Vüsalə Nərimanova, Gənc Alim və Mütəxəssislər  Şurasının sədr müavini, “Protistologiya” laboratoriyasından k.e.i. Səriyyə Qasımova, “Ornitologiya” laboratoriyasından e.i. Sevinc Rəcəbova, “İxtiologiya” laboratoriyasından k.e.i Arzu Qasımova, və “Faydalı cücülərin introduksiyası” laboratoriyasından k.e.i. Nəzakət Abasova təbrik sözləri ilə çıxış edib, Azərbaycanda gənclər gününün tarixi haqqında danışıb, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, eyni zamanda  Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanovun AMEA-nın ictimai-siyasi həyatında böyük rol oynayan gəncləri hər zaman  diqqət mərkəzində saxlamaqlarının qürurverici olduğunu, göstərilən  qayğını daim hiss etdiklərini, bəslənən etimadı hər zaman doğruldacaqlarını vurğuladılar.

Sonda İnstitutun gənc alimi “Ornitologiya” laboratoriyasının əməkdaşı Sevinc Rəcəbovasəmərəli elmi fəaliyyətlərinə görə “Təşəkkürnamə” ilə təltif edildi.