XƏBƏRLƏR
3455 Arxiv

2017.01.29

AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə 28 yanvar - 4 fevral 2017-ci il tarixlərində Türkiyənin Antalya şəhərinə ezam ediləcək.

Səfərdə məqsəd UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak etməkdir.

 

http://science.gov.az/news/open/4933