XƏBƏRLƏR
1223 Arxiv

2017.01.17

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil edilib. Qeyd edib ki, əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil. Əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr dövrümüzlə tam səsləşir və aktuallığını itirməyib.

DİA-nın I prorektoru, professor Əlikram Abdullayev vurğulayıb ki, müəllif kitab vasitəsilə Azərbaycanın problemlərinin həllinə dünya siyasi fikrinin həm müasir, həm də keçmiş dövrlərinin görkəmli nümayəndələrinin yanaşmasını əks etdirib. Sanki müxtəlif dövrlərdə yaşayan siyasətçilər bir masa arxasında əyləşərək kəskin problemlərə həll yolları tapmağa nail olublar. Nəşrin oxucularda bu cür təəssürat yaratması müəllifin böyük uğurudur. Bu əsər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq. 

Digər çıxış edənlər bildiriblər ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin yeni kitabı zamanla sınanmış fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.

 

http://science.gov.az/news/open/4882