XƏBƏRLƏR
3785
Arxiv

2016.12.07
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib
Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə Prezidenti İlham Əliyevin 08 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır.
http://science.az/news/open/4674
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.