XƏBƏRLƏR
1591 Arxiv

2016.11.16

Səngəçal terminalı ətrafında ornitoloji monitorinq

Zoologiya İnstitutun “Ornitologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İlyas Rəzzaq oğlu Babayev və elmi işçi, dissertant Sevinc Səadət qızı Rəcəbova 29.09-16.10.2016-cı iltarixlərində BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihənin uğurla yerinə yetirilməsində iştirak etmişlər. Ornitoloji monitorinqmüddətində Səngəçal terminalı ətrafından materiallar toplanmış və hesabat BP şirkətinə təqdim olunmuşdur. Tədqiqat zamanı binokl, teleskop və fotoaparatdan istifadə olunmuşdur.